Əl işi şam kolleksiyaları | Diyar Atelier
Diyar Atelier kolleksiyalarında Bakıda hazırlanan premium əl işi aromatik şamları və hədiyyəlik seçimləri kəşf edin.
Kolleksiyalar
- Qarabağ
Bir diyarın hekayəsi, beş fərqli hisslə. Qarabağın təbiətindən, mədəniyyətindən və yaddaşından ilhamlanan bu kolleksiya DİYAR-ın doğma torpaqlara həsr etdiyi xüsusi hekayədir. Xarıbülbülün zərifliyindən Şuşanın ruhuna, Cıdır düzünün azad nəfəsindən Qarabağ atlarının əzəmətinə qədər hər şam özündə bu diyarın fərqli bir izini daşıyır. Qarabağ sadəcə bir məkan deyil. Bir xatirə, bir hiss, bir diyardır.