Çay

Azərbaycan çay mədəniyyətindən ilhamlanan ÇAY şamı bergamotun təravətini və ağ çayın zərif notlarını bir araya gətirir. Əl işi olaraq hazırlanmış bu şam sakitlik, rahatlıq və ev istiliyini hiss etdirmək üçün yaradılıb. Şəffaf armudu stəkanda təqdim olunan və dekorativ çay nəlbəkisi ilə tamamlanan dizaynı ənənəvi çay süfrəsinin zərifliyini müasir interyerə daşıyır. İstər özünüz üçün, istərsə də hədiyyə olaraq seçə biləcəyiniz xüsusi kolleksiya məhsuludur. Ətir notları Bergamot Ağ çay Zərif çiçək notları Məlumat 100% təbii soya mumu Əl işi Pambıq fitil Uzunmüddətli və təmiz yanma